Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani və Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Turkustan.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrinə görə, Fidan Al Sani ilə söhbətində Hörmüz boğazındakı son vəziyyəti, Şeybani ilə danışığında isə bölgədəki son hadisələri müzakirə edib.
Telefon danışıqları regionda gərginliyin artdığı və Hörmüz boğazı ətrafında vəziyyətin diqqət mərkəzində olduğu bir vaxtda baş tutub.
Aytən Yaşar/ Turkustan.az