ABŞ Prezidenti Donald Tramp İranla hazırda heç bir danışıqların aparılmadığını və yeni görüşlərin də planlaşdırılmadığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, o, həmçinin ABŞ-ın İrana qarşı dəniz blokadasının qüvvədə qaldığını, Hörmüz boğazının isə açıq və fəaliyyət göstərdiyini bildirib.
Tramp bu barədə özünün “Truth Social” platformasında paylaşım edib. O, boğazda dəniz minalarının çıxarıldığını və ya məhv edildiyini də iddia edib.
Tehran isə Vaşinqtonun bu mövqeyini qəbul etmir. İran rəsmiləri Hörmüz boğazının statusu ilə bağlı Trampın “yanlış düşündüyünü” bildiriblər. İranın yüksək rütbəli rəsmisi Əli Qəribabadi isə Trampın səhvinin ya tezliklə düzəldiləcəyini, ya da İranın “bu xəyalpərəstin səhvlərini düzəldəcəyini” yazıb.
Beləliklə, ABŞ və İran arasında diplomatik kanalların bağlanması və Hörmüz boğazı ilə bağlı ziddiyyətli açıqlamalar bölgədə gərginliyin daha da artması ehtimalını gücləndirir.
AYtən Yaşar/ Turkustan.az