İrandan BƏƏ-yə raket hücumu: Abu-Dabi hazırlıq vəziyyətinə keçdi


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi İran ərazisindən ölkəyə doğru hərəkət edən iki ballistik raketin aşkarlandığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Nazirliyin sosial media hesabında yayılan məlumata görə, raketlərdən biri BƏƏ-nin ərazi sularından kənarda, digəri isə ərazi sularında düşüb.

BƏƏ Müdafiə Nazirliyi ölkənin təhlükəsizliyinə yönələn bütün təhdidlərə qarşı mübarizə aparmağa tam hazır olduğunu bildirib. Nazirlik suverenliyin, təhlükəsizliyin və sabitliyin, eləcə də milli maraq və resursların qorunmasının əsas prioritet olduğunu vurğulayıb.

BƏƏ hakimiyyəti vətəndaşları və ölkə sakinlərini yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etməyə, şayiə və dezinformasiyalara inanmamağa çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ