Yayılan məlumatlara görə, 28 fevral – 8 iyun 2026-cı il tarixləri arasında ABŞ onlarla aviasiya texnikası itirib.
Turkustan.az xəbər verir ki, iddialarda Birləşmiş Ştatların milyardlarla dollar dəyərində hərbi hava texnikasından məhrum olduğu bildirilir.
İtkilərin siyahısında aşağıdakı texnikalar yer alır:
-
1 ədəd F-35 qırıcı təyyarəsi (təxmini dəyəri 110 milyon dollar) – iddialara görə, İranın HHM (Hava Hücumundan Müdafiə) sistemi tərəfindən vurulub;
-
3 ədəd F-15E qırıcısı (hər birinin dəyəri təxminən 90 milyon dollar) – Küveyt və İran səmasında vurulublar;
-
1 ədəd A-10 hücum təyyarəsi – İranda keçirilən axtarış-xilasetmə əməliyyatı zamanı qəzaya uğrayıb;
-
1 ədəd AH-64 Apache helikopteri (təxmini dəyəri 35 milyon dollar) – Hörmüz boğazı üzərində SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) tərəfindən vurulub;
-
1 ədəd E-3 Sentry AWACS uzaq mənzilli radiolokasiya aşkarlama təyyarəsi (təxmini dəyəri 700 milyon dollar) – PSAB (Şahzadə Sultan) aviabazasında məhv edilib;
-
2 və daha çox KC-135 yanacaqdoldurma təyyarəsi məhv edilib, daha 7-si isə zədələnib;
-
28 ədəd MQ-9 Reaper və 1 ədəd MQ-1C UCAV zərbə PUA-sı məhv edilib;
-
1 ədəd MQ-4C Triton kəşfiyyat PUA-sı (təxmini dəyəri 250 milyon dollar);
-
2 ədəd MC-130J Commando II xüsusi təyinatlı nəqliyyat təyyarəsi (hər birinin dəyəri təxminən 100 milyon dollar);
-
1 ədəd HH-60M helikopteri – İraqda itirilib;
-
1 ədəd HH-60W helikopteri – İran səmada zədələnib;
-
2 ədəd CH-47 Chinook ağır nəqliyyat helikopteri (hər birinin dəyəri təxminən 50 milyon dollar);
-
4 ədəd AH/MH Little Bird yüngül helikopteri.
Məlumatda qeyd olunur ki, ABŞ tərəfi hələlik bu rəqəmlərin və itkilərin dəqiqliyi barədə rəsmi açıqlama verməyib.
/Musavat.com