“Qarabağ" – “Ayaks” oyunu İctimai Televiziyada yayımlanacaq.
Turkustan.az xəbər verir ki, bu barədə İTV məlumat yayıb.
“Məlum olduğu kimi, “Saran Media” ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur.
“Qarabağ” klubunun Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi görüşlər də bu razılaşma çərçivəsində İctimai Televiziya tərəfindən yayımlanır. Tərəflər arasında mövcud sıx əməkdaşlıq fonunda aparılan son müzakirələr nəticəsində əvvəlcədən planlaşdırılan yayım proqramında müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub.
Yayımçı qurumların birgə təşəbbüsü ilə “Qarabağ" – “Ayaks” oyununun İctimai Televiziyanın canlı efirində nümayiş etdirilməsi barədə qərar qəbul olunub”, - məlumatda bildirilib.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-u saat 21:45-də başlayacaq.
Əlavə edək ki, ev oyunlarını “CBC Sport” yayımlayırdı.