İran Hörmüzə gəmi göndərməyə hazırlaşan Qərb ölkələrinə xəbərdarlıq etdi


İran Xarici İşlər Nazirliyi Fransa, Böyük Britaniya və digər ölkələrin ABŞ-ni dəstəkləmək məqsədilə Hörmüz boğazına hərbi gəmilər göndərməsinin ciddi nəticələr doğuracağını bəyan edib.

“Al Alam” telekanalının məlumatına görə, bunu İran XİN başçısının müavini Kazım Qəribabadi bildirib.

Diplomat xarici dövlətləri vəziyyəti daha da gərginləşdirməməyə çağırıb.

Onun sözlərinə görə, bölgəyə xarici hərbi gəmilərin daxil olması Hörmüz boğazının hərbiləşdirilməsinə və böhranın dərinləşməsinə səbəb olacaq.

İran bunun qarşılığında “qəti və dərhal cavab” verəcəyini bildirib.


MANŞET XƏBƏRLƏRİ