Ərdoğan Belçika Kraliçası Mathildeni qəbul etdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Belçika Kraliçası Mathildeni Üsküdardakı Vahdettin Köşkündə qəbul edib.

Turkustan.az xəbər verir ki, görüşdə Prezidentin həyat yoldaşı Əminə Ərdoğan də iştirak edib.

Qəbul “İqtisadi Missiya” proqramı çərçivəsində baş tutub. Görüşdə Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç da yer alıb.

Görüş zamanı tərəflər Türkiyə ilə Belçika arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı məsələlərini müzakirə ediblər. Prezident Ərdoğan iki ölkə arasında ticarət münasibətlərinin gücləndirilməsi üçün qarşılıqlı addımların atılacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ