İspaniya La Liqasında XXXV turun oyunları davam edir.
Mövsümün son “El Klasiko”su baş tutub.
“Barselona” öz meydanında “Real Madrid”i qəbul edib. Markus Reşford və Ferran Torresin vurduğu qollar sayəsində ev sahibləri rəqibini 2:0 hesabı ilə məğlub etməyi bacarıb.
Kataloniya təmsilçisi bu nəticə ilə cari mövsümdə çempionluğunu rəsmiləşdirib. Klub ən yaxın izləyicisi olan “kral klubu”nu 14 xal qabaqlayır.