İyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında UFC turniri keçiriləcək.
Turkustan.az xəbər verir ki, orta çəki dərəcəsində yarışan rusiyalı döyüşçü Şarabutdin Maqomedov da həmin turnirdə iştirak edəcək. Onun erməni əsilli məşqçisi Qor Azizyan Azərbaycana gəlmək istəyini bildirib:
“Bakı başqa şəhərlərdən daha təhlükəsizdir. Postsovet məkanıdır. Niyə də getməyim? UFC təşkil edir. Səhv hərəkətim olmayıb. Mən niyə narahat olum? İndi Ermənilər məni vətən xaini, satqın adlandıracaq deyə döyüşçülərimi ora tək buraxım? Müharibə qurtardı. Bitirin bu söhbətləri. Kim müharibə etmək istəyirsə, getsin. Mən müharibə etmək haqda düşünmürəm. Dost olmaq lazımdır”./Globalinfo.az