İran ordusu ölkənin cənub-qərbində düşmənə məxsus pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, İranın yarı-rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, İran ordusu bir pilotsuz təyyarəni vurub.
İran ordusu bildirib ki, "Düşmənin pilotsuz təyyarəsi ölkənin cənub-qərbində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib".
Məsələ ilə bağlı əlavə məlumat verilməyib.
Aytən Yaşar/ Turkustan.az