İstanbul Böyükşəhər Bələdiyyəsinn sədri Əkrəm İmamoğlu, jurnalist Mərdan Yanardağ, Necati Özkan və iş adamı Hüseyin Günin mühakimə olunduğu “casusluq” işi üzrə ilk məhkəmə iclası keçirilib.
Turkustan.az yerli mediaya istinadla xəbər verir ki, İstanbul Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə təqsirləndirilən şəxslər casusluq maddəsi ilə 15 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üzləşirlər.
Əkrəm İmamoğlu və Necati Özkan İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı digər iş üzrə də mühakimə olunurlar və hazırda həbsdədirlər.
Merdan Yanardağ isə təxminən yeddi aylıq həbsdən sonra ilk dəfə hakim qarşısına çıxıb. Hüseyin Gün də bugünkü məhkəmə iclasında iştirak edib./lent.az