"Real Madrid"də "türk ordusu" qurulur: Yeni mövsümdə 3 türk ULDUZ


“Real Madrid” klubunda yay transfer dönəmi öncəsi sensasion plan gündəmə gəlib. İspaniya mətbuatında yayılan iddialara görə, klub prezidenti Florentino Perez komandada “Türk Ordusu” formalaşdırmaq niyyətindədir.

Turkustan.az milliaz-a istinadən xəbər verir ki, məlumata əsasən, Madrid təmsilçisi həm Kenan Yıldız, həm də Hakan Çalhanoğlu transferlərini ciddi şəkildə nəzərdən keçirir.

Xüsusilə gənc ulduz Kenan Yıldızın çıxışı klub rəhbərliyinin diqqətini çəkib. Gənc yaşına baxmayaraq Avropada böyük maraq doğuran futbolçunun texnikası, sürəti və meydandakı cəsarətli oyunu “Real Madrid”in gələcək layihəsi üçün ideal seçim hesab olunur. İddialara görə, bəzi azarkeşlərin Kilian Mbappe ilə bağlı gözləntilərinin tam qarşılanmaması da rəhbərliyi yeni istedad axtarışına yönəldib.

Digər tərəfdən, “kral klubu”nun yarımmüdafiədə uzun illər komandanın liderlərindən biri olan Luka Modriç sonrası boşluğu doldurmaq istədiyi bildirilir. Bu səbəbdən diqqətlər “İnter” formasını geyinən Hakan Çalhanoğluna yönəlib. Təcrübəli futbolçunun oyun quruculuğu, uzaq məsafədən zərbələri və liderlik keyfiyyətləri Madrid təmsilçisinin planlarına uyğun hesab edilir.

Hazırda transferlərlə bağlı rəsmi açıqlama verilməsə də, yayılan xəbərlər futbol dünyasında böyük maraq doğurub. Əgər bu keçidlər baş tutarsa, “Real Madrid” tarixində türkiyəli futbolçuların ən güclü dövrlərindən biri yaşana bilər.


MANŞET XƏBƏRLƏRİ