Ankarada “Eyni Hilal Altında: İki Dövlətin Şəhidlərinə Vəfa” adlı tədbir keçirilib


Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları Bölməsinin birgə əməkdaşlığı ilə “Eyni Hilal Altında: İki Dövlətin Şəhidlərinə Vəfa” adlı tədbir keçirilib.

Səfirliyimizin və Ankara Universitetinin dəstəyi ilə keçirilən anım tədbirində 44 günlük Vətən müharibəsi, zəfərimizə həsr olunmuş foto sərgi təqdim olunub. Ankara Universitetinin Farabi zalında təşkil olunan proqramda şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, daha sonra Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin açılışında Ankara Universitetinin DTCF Müasir Türk Ləhcələri və Ədəbiyyatları Bölməsinin rəhbəri professor F. Sema Barutcu Özönder, DTCF-nin dekanı professor İrfan Albayrak, Ankara Universitetinin prorektoru professor Orhan Uzun və Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov çıxış ediblər.
Çıxışçılar, 27 sentyabr şəhidlərin anım günü, 44 günlük Vətən müharibəsi, Azərbaycanın qazandığı şanlı zəfər və zəfərin əldə olunmasında şəhidlərimizin qəhrəmanlıqları, şücaətləri haqqında fikirlərini bölüşüblər.
Proqram çərçivəsində Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş “Düşmənə qarşı tək” adlı sənədli film nümayiş etdirilib.

Filmin nümayişindən sonra SOY Production-un rəhbəri Dr. Dilarə Əliyeva və filmin prodüseri, rejisor Fariz Əliyev sənədli filmin hazırlanma prosesi və məzmunu barədə məlumat verib, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyatı və qəhrəmanlığı haqqında fikirlərini bölüşüblər.

Tədbirin davamında Azərbaycan yazıçısı İradə Əlilinin “Vətənin Cəsur Döyüşçüləri I-II” və “Çubuk Kahramanları, Kahraman Şehit Oğuz Özgür Çevik” adlı kitablarının təqdimatı keçirilib.

Daha sonra “Eyni Hilal Altında: İki Dövlətin Şəhidlərinə Vəfa” mövzusunda panel təşkil olunub. Professor Üçler Buldukun moderatorluğu ilə keçirilən paneldə professor Üçler Bulduk “Türklərdə şəhadət anlayışı”, professor Birsen Karaca “Təkəbbürlü tarix anlayışının süqutu: Qarabağ Zəfəri və Ermənistanın öz həqiqətləri ilə üzləşməsi”, Dr. Mehmet Rıza Heyet isə “Dündən bu günə türk yaddaşında Qarabağ” mövzularında məruzələrlə çıxış ediblər.

Türkiyə və Azərbaycanın şəhidlərinin əziz xatirəsinin yad edildiyi tədbirdə iki qardaş ölkənin ortaq tarixi yaddaşının, həmrəyliyinin və qardaşlıq bağlarının gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti bir daha vurğulanıb.

No description available.No description available.No description available.No description available.No description available.


MANŞET XƏBƏRLƏRİ