"Uzak şehir"də 2 ayrılıq: Onlar seriala vida edəcək - FOTO


Türkiyə istehsalı reytinqli “Uzak şehir” serialında 2 ayrılıq yaşanacaq.

Turkustan.az Ölkə.az-a istinadla xəbər verir ki, serialda reytinqlərin aşağı düşməsinə görə, 2 obraz layihəyə vida edəcək.

Məlumata görə, serialda İpək obazını canlandıran Çağla Şimşek ssenaridəki dəyişikliyə əsasən, Mardini tərk edəcək.

Bundan əlavə, Boran Albora obrazını canlandıran Burç Kümbetlioğlu isə ekran işinə ölərək vida edəcək.

Bu iki ayrılığın yeni ilə qədər baş tutması gözlənilir.

Qeyd edək ki, serialda baş rolları Ozan Akbaba və Sinem Ünsal canlandırır.

Bakupost.azBakupost.az


MANŞET XƏBƏRLƏRİ