Qalmaqal böyüdü: Boykot çağırışlarından sonra Taleh Yüzbəyovun reklamı silindi - FOTO


Xəbər verdiyimiz kimi, aktyor Taleh Yüzbəyovun rol aldığı dondurma reklamı sosial şəbəkələrdə geniş müzakirələrə və sərt tənqidlərə səbəb olub. Reklam çarxında estetik əməliyyat etdirən qadınlara eyham vurularaq "təbii dondurma" anlayışının ön plana çıxarılması sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub. İstifadəçilərin bir qismi buna görə həm aktyordan, həm də reklamı hazırlayan şirkətdən ictimai şəkildə üzr istəməyi tələb edib. Bununla yanaşı, sosial şəbəkələrdə şirkətə qarşı boykot çağırışları da səsləndirilib.

Turkustan.az xəbər verir ki, yaranan qalmaqal və artan etirazlardan sonra reklam şirkəti sözügedən videonu rəsmi sosial media səhifəsindən silib.

Bununla bağlı Taleh Yüzbəyov da sosial şəbəkə hesabında açıqlama yayıb.

Aktyor reklam çarxını öz səhifəsində saxlasa da, sonradan videodan dondurma ilə bağlı reklam hissəsini montaj vasitəsilə çıxarıb.

Taleh Yüzbəyov paylaşımında bildirib:

"Şirkətin istəyi üzərinə videonun tam versiyası onların səhifəsindən qaldırıldı. Reklamsız versiyası buradadır. İstədiyiniz qədər baxıb, bəyənib və bəyənməyə bilərsiniz"./Musavat.com


MANŞET XƏBƏRLƏRİ