Müğənni Manaf Ağayevin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanıldığı xəbəri yayılıb.
Globalinfo.az-a verilən məlumata görə, o, Manset.az saytının baş redaktoru Əli Vəliyevin şikayəti əsasında saxlanılıb. Bildirilir ki, Manaf Ağayevin adından Ə.Vəliyev təhdid edilib.
Məsələ ilə bağlı Globalinfo.az müğənni Manaf Ağayevlə əlaqə saxlayıb.
O, xəbəri təkzib edib:
“Mənim saxlanılmağıma dair yayılan məlumatlar əsassızdır. Gördüyünüz kimi, zənginizə özüm cavab verdim. Sadəcə, Nərimanov rayon polis şöbəsindən zəng gəldi ki, jurnalist Əli Vəliyev barəmdə şikayət edib. Sabah gedib ifadə verəcəyəm”.