Oğrular 45 dəqiqə mənzilə girməyə çalışdılar – Pişik imkan vermədi


Türkiyədə səkkiz yaşlı pişik mənzilə girməyə çalışan oğruların planını pozub.

Turkustan.az xəbər verir ki, hadisə İstanbulda yaşayış komplekslərindən birində baş verib.

Məlumata görə, dörd qadın əvvəlcə binanın 10-cu mərtəbəsində yerləşən mənzilə girərək oradan oğurluq edib. Daha sonra onlar yeni mənzilə girmək məqsədilə 12-ci mərtəbəyə qalxıblar.

Lakin bu dəfə onları gözlənilməz “mühafizəçi” qarşılayıb. Mənzildə yaşayan səkkiz yaşlı Möcüzə adlı pişik qapının açıldığını görən kimi qadınların üzərinə atılıb və pəncələri ilə onları geri çəkilməyə məcbur edib.

Oğrular əlcək geyinərək pişiyi kənarlaşdırmağa və mənzilə daxil olmağa dəfələrlə cəhd göstəriblər. Lakin Möcüzə hər dəfə onların qarşısını kəsib.

Bu qarşıdurma təxminən 45 dəqiqə davam edib. Nəticədə qadınlar mənzilə daxil ola bilməyərək ərazidən uzaqlaşıblar.

Pişiyin sahibi sonradan təhlükəsizlik kameralarının görüntülərinə baxarkən baş verənləri görüb.

Polis hadisədə şübhəli bilinən qadınların axtarışını davam etdirir./Musavat.com


MANŞET XƏBƏRLƏRİ