Qorxunc hadisə: Elektron siqaret ağız yaralarına səbəb olur


Son illərdə siqaretə alternativ olaraq məşhurlaşan elektron siqaretlər düşünüldüyü qədər sağlam bir seçim olmaya bilər. Elektron siqaretə görə ağzında müxtəlif yaralar olan xəstə görənləri narahat edir.

Turkustan.az xəbər verir ki, İndoneziyada yaşayan gənc qadın elektron siqaretə görə ağızda qanlı yaralarla üzləşib. Adı açıqlanmayan 22 yaşlı gənc ağzında və ətrafındakı yaralardan şikayət edərək, yemək və içə bilmədiyi qədər ağrıyaraq həkimlərə müraciət edib.

Həkimlər xəstəni herpes üçün sınaqdan keçirdilər, lakin nəticələr mənfi oldu. Həyat tərzində dəyişiklikləri soruşduqda, simptomları görünməzdən təxminən bir il əvvəl elektron siqaretdən istifadə etməyə başladığı ortaya çıxıb.

Nəhayət, həkimlər ona ağızda və ətrafında nadir allergik reaksiyaya bənzər bir dəri vəziyyəti olan eritema multiforme (EM) diaqnozunu qoya bildilər. ABŞ-ın bir tibb jurnalında hadisəni izah edən akademiklər, xəstəliyin böyük ehtimalla "elektron siqaretlərlə əlaqəli olduğunu" söyləyib.

Onlar qeyd ediblər ki, eritema multiforme elektron siqaretlərin tərkibində olan bəzi maddələr, məsələn, propilen qlikol, qliserin, nikotin, ləzzətləndiricilər və ya digər toksinlər nəticəsində yarana bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ