Ömrünü 10 il uzatmaq istəyənlərin diqqətinə - Bundan imtina edin


Şirniyyatdan imtina etmək uzun ömür şansınızı əhəmiyyətli dərəcədə artırır.

Turkustan.az Medicina.az-a istinadən xəbər verir ki, məşhur rusiyalı diyetoloq Mixail Ginzburq şəkər olan qida və içkilərdən imtinanın hansı faydalar verəcəyini açıqlayıb:

"Əgər insan şirniyyatdan imtina edərsə, 10-15 il daha çox yaşamaq şansı qazanır."

Həkim vurğulayıb ki, şəkərli qidalara və onların gündəlik çox yeyilməsinə aludəçilik bir çox sağlamlıq problemlərinə gətirib çıxarır.

Ginzburq izah edib ki, şəkərin qəbulu metabolik pozğunluqlara səbəb ola bilər ki, bu da öz növbəsində hipertoniya kimi xəstəliklərin inkişafı ilə sıx bağlıdır.

Diyetoloq meyvəni şəkər əvəz istifadə etməyi tövsiyə edib, baxmayaraq ki, onu az miqdarda istehlak etmək vacibdir. Həkim əmindir ki, şəkərli şirniyyatları pəhrizdən çıxarmaq və onu orta miqdarda meyvə və quru meyvələrlə məhdudlaşdırmaq yaşla əlaqəli iltihabi xəstəlikləri prosesini yavaşlatmağa kömək edəcək.


MANŞET XƏBƏRLƏRİ