"Təxribatı törədənlər Rusiyaya işləyən casuslardır" - Task


Polşanın baş naziri Donald Tusk Varşava-Lublin dəmir yolu xəttində partlayıcı təxribat törədən iki nəfərin şəxsiyyətinin müəyyən edildiyini və bu şəxslərin Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edən ukraynalı olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Polşanın ictimai yayımı olan TVP World-ün xəbərinə görə, Baş nazir Tusk Polşa parlamentinin aşağı palatası Seymdə Varşava-Lublin dəmir yolu xəttində baş verən təxribatla bağlı açıqlama verib.

Tusk Belarusa qaçan şübhəlilərin şəxsiyyətlərinin məlum olduğunu, lakin davam edən araşdırmalar səbəbindən ictimaiyyətə açıqlana bilmədiyini bildirib.

Tusk şübhəlilərin uzun müddətdir Rusiya kəşfiyyatı ilə əməkdaşlıq etdiyini və onlardan birinin may ayında Ukraynanın Lvov şəhərində “təxribat”da təqsirli bilindiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ