İsrail KİV: Rusiya Suriyaya qoşun yeritməyi təklif edir


İsrailin dövlət televiziyası KAN bildirib ki, Moskva bölgədə patrul xidməti aparmaq üçün Suriyanın cənubuna Rusiya hərbi polisini yenidən yerləşdirməyi təklif edib.

Turkustan.az xəbər verir ki, KAN xəbər verir ki, Rusiya hərbi polisi Suriyanın cənubunda İsrail qüvvələri ilə Suriya arasında bufer rolunu oynayacaq.

KAN Rusiya hərbi polisinin Bəşər Əsəd rejiminin devrilməsindən əvvəl ölkənin cənubunda yerləşdirildiyini xatırladaraq, Rusiyanın son aylarda Dəməşq administrasiyasına keçmiş hərbi patrulların yenidən yerləşdirilməsini təklif etdiyini bildirib.

Suriya hökumətinə yaxın mənbəyə istinadən xəbərdə deyilir ki, “Rusiya hərbi heyətinin Suriyaya fövqəladə səfəri Rusiyanın Suriyanın cənubuna hərbi polis patrullarının İsrail və Suriya qüvvələri arasında bufer zona kimi fəaliyyət göstərməsi təklifinin bir hissəsidir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ