İsrailin baş naziri Benyamin Netanyahu BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı mübahisəli qətnaməsini təsdiq etməsindən məmnun olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, İsrail müxalifəti isə Netanyahunun ABŞ-ın təzyiqi altında qətnaməni alqışladığını iddia edib.
İsrailin baş naziri Benyamin Netanyahu, müstəqil Fələstin dövlətinin qurulmasına zəmin yaradacaq bəyanatların yer aldığı iddia edildiyi üçün İsraildə mübahisə və tənqidlərə səbəb olan Qəzza qətnaməsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) təsdiqindən məmnun olduğunu açıqlayıb.
Netanyahu adından yayılan bəyanatda İsrail Baş Nazirinin ofisi, "İsrail Dövləti və Baş nazir Netanyahu (ABŞ Prezidenti Donald) Trampı və onun yorulmaz və fədakar komandasını alqışlayır" dedi.
Trampın 20 bəndlik planının və Qəzzada Sülh Şurasının yaradılmasının BMT Təhlükəsizlik Şurasının dəstəyini aldığını xatırladan bəyanatda, sözügedən planın Qəzzanın tam silahsızlaşdırılması və tərksilah edilməsində israrlı olduğu üçün sülh və rifah gətirəcəyi iddia edilib.
Aytən Yaşar/ Turkustan.az