Onlarla xəbər saytı Cloudflare-dəki qlobal nasazlıq səbəbindən çökdü
Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox xəbər saytının işində ciddi fasilələr yaranıb. Problem beynəlxalq internet təhlükəsizlik və şəbəkə infrastruktur şirkəti olan Cloudflare-də baş verən kütləvi nasazlıqla əlaqələndirilir.
Şirkət hazırda problemin səbəblərini araşdırır və xidmətlərin tam bərpa olunması istiqamətində işlər aparılır. /Bakıvaxtı.az/