ABŞ Prezidenti Donald Tramp media ilə növbəti gərgin dialoq yaşayıb.
Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 14-də “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı Trampa cinsi cinayətlərdə ittiham edilən Cefri Epşteynlə bağlı sənədlər, xüsusilə də onun adının keçdiyi yeni açıqlanmış üç e-mail barədə sual verilib.
Qadın müxbir Trampdan həmin məktublarda ittiham doğuracaq məqamların olub-olmadığını soruşduqda, o, barmağını jurnalistin üzünə tuşlayaraq sərt reaksiya verib:
“Sakit ol, donuz”.
Prezidentin bu ifadəsi ictimaiyyətdə və mediada ciddi reaksiyalara səbəb olub. /Bakıvaxtı.az/