Ərdoğan Ankarada Ukrayna prezidenti Zelenski ilə görüşəcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Turkustan.az xəbər verir ki, prezidentin kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran Ukrayna lideri Zelenskinin Türkiyəyə səfəri ilə bağlı açıqlamasında aşağıdakı məlumatları verib:

Ukrayna prezidenti Vladimir Zelenski ölkəmizə işgüzar səfər edəcək. Ankarada keçiriləcək danışıqlarda strateji tərəfdaşımız Ukrayna ilə ikitərəfli gündəliyimizə dair məsələlərin, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı cari hadisələrin, atəşkəsin yaradılması və qalıcı həllə nail olunması səyləri, xüsusilə İstanbul Prosesi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ