Ağzına yaxınlaşdıra bilməyənlər belə ləzzətlə İÇƏCƏK – 4 VASİTƏ


Səhərlər enerjili oyanmaq və ya axşam istirahətini daha xoş etmək üçün içilən qəhvə bəziləri üçün əvəzolunmaz zövqdür. Lakin bir çox insan qəhvənin acı dadına görə onu sadə halda içə bilmir. Əgər siz də qəhvənin acılığından şikayətçisinizsə, bu sadə və təbii üsullar sayəsində daha ləzzətli qəhvə hazırlaya bilərsiniz.

Turkustan.az Musavat.com-a istinadən həmin üsulları təqdim edir.

Darçın

Qəhvəyə bir çimdik darçın əlavə etmək onun acı dadını yumşaldır. Darçın qəhvəyə təbii şirinlik və xoş ətir qatır. Toz halda darçını qəhvəni dəmləməzdən əvvəl üyüdülmüş qəhvəyə əlavə etmək daha təsirli nəticə verir.

Hindqozu yağı

Bir çay qaşığı hindqozu yağı qəhvəyə krem kimi yumşaqlıq və şirin aroma bəxş edir. Xüsusilə səhər qəhvəsində istifadə edildikdə həm dad, həm də fayda baxımından fərq yaradır.

Bir çimdik duz

Qəhvəyə bir çimdik dəniz duzu əlavə etmək acılığı azaldaraq daha yumşaq bir dad yaradır. Xüsusilə tünd qovrulmuş qəhvələrdə bu üsul çox təsirlidir.

Kakao tozu

Kakao qəhvənin acı dadını aradan qaldıraraq ona şokoladabənzər ləzzət verir.


MANŞET XƏBƏRLƏRİ