Ermənistanın Baş naziri Nikol Paşinyan türklərlə bağlı formalaşmış stereotiplərin Rusiya tərəfindən yaradıldığını bildirib.
Turkustan.az xəbər verir ki, Paşinyan bu fikirləri çıxışı zamanı səsləndirərək cəmiyyətdəki qarşılıqlı etimadsızlıq və düşmənçilik münasibətlərinin sovet dövründən qalma təsəvvürlərə əsaslandığını vurğulayıb.
“Biz deyirik ki, "türk heç vaxt dəyişmir", türklərin də ermənilər haqqında eyni fikri var. Biz "azərbaycanlıya necə etibar etmək olar?"’ deyirik, onlar da "erməniyə necə etibar etmək olar?" deyirlər. Biz "tarixdən dərs almamışıq" deyirik, onlar da "ermənilərlə sülh istəyirsənsə, deməli tarixdən dərs almamısan" deyirlər”, – Paşinyan qeyd edib.
Ermənistan lideri həmçinin bildirib ki, regionda sülh və sabitliyin bərpası üçün köhnə stereotiplərdən azad olmaq vacibdir:
“Bizə KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən azad olmalıyıq”./modern.az