Damarları tıxananlar bu qidalardan imtina etsin!


Aterosklerozun müalicəsi pəhrizə ciddi yanaşma tələb edir. Ateroskleroz diaqnozu qoyulmuş xəstələr doymuş yağlar, trans yağlar, şəkər və duzla zəngin qidaları pəhrizlərindən çıxarmalıdırlar.

Turkustan.az Medicina.az-a istinadən xəbər verir ki, kardioloq İrina Polyayeva gündəlik ən azı 30 dəqiqəlik kardio məşqləri etməyi, siqaretdən tamamilə imtina etməyi və spirtli içki qəbulunu azaltmağı tövsiyə edib. Ürək-damar hadisələri riski yüksək olduqda, statinlər təyin olunur.

Pəhriz tərəvəz, meyvə, tam taxıl, yağsız protein mənbələri, eləcə də omeqa-3 yağ turşuları ilə zəngin qoz-fındıq və toxumlarla zənginləşdirilməlidir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ