Tramp İranın ABŞ-la razılığa gəlmək istədiyini bəyan etdi


ABŞ prezidenti qeyd edib ki, özü də bu fikrə “tamamilə açıqdır”.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran Vaşinqtonla razılığa gəlməkdə “çox maraqlıdır” və o, bu ideyaya “tamamilə açıqdır”. O, bu sözləri Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə danışıqların əvvəlində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Düşünürəm ki, onlar saziş bağlamaqda çox maraqlıdırlar. Mən buna tamamilə açığam, biz onlarla danışırıq və prosesə başlayırıq", - Tramp deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ