İsrail qaçqın düşərgəsinə hücum etdi


İsrail ordusunun Livandakı Ayn əl-Hilva fələstinli qaçqınlar düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində 13 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilib.

Turkustan.az xəbər verir ki, İsrail 27 noyabr 2024-cü ildə imzalanan atəşkəs razılaşmasına baxmayaraq, Livanın cənub bölgələrinə hücumlarını davam etdirir.

Düşərgədəki Xalid Bin Vəlid məscidinin ətrafına edilən hücumdan sonra silah səslərinin eşidildiyi və əraziyə təcili yardım maşınlarının gəldiyi bildirilib.

Səhiyyə Nazirliyi hücumda 13 nəfərin öldüyünü, çoxlu sayda yaralının olduğunu açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ