Rusiya XİN: ABŞ-ın Qəzza ilə bağlı qətnaməsi beynəlxalq hüquqi qərarlara ziddir


Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, beynəlxalq səviyyədə qəbul edilmiş razılaşmalar 1967-ci il sərhədləri daxilində müstəqil və ərazi cəhətdən bitişik Fələstin Dövlətinin yaradılmasını nəzərdə tutur.

Turkustan.az xəbər verir ki, Nazirliyin açıqlamasında ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Qəzza zolağı ilə bağlı qəbul etdirdiyi qətnamənin Fələstin dövlətinin yaradılması ilə bağlı mövcud beynəlxalq hüquqi sənədlərə zidd olduğu qeyd olunub.

Bəyanatda deyilir:
“Etiraf olunmalıdır ki, 2803 saylı Qətnamə Təhlükəsizlik Şurasına sülh və təhlükəsizliyi təmin etmək üçün zəruri səlahiyyətlər vermir və 1967-ci il sərhədləri çərçivəsində müstəqil və ərazi baxımından bitişik Fələstin Dövlətinin yaradılmasını nəzərdə tutan hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquqi qərarlara uyğun deyil”.

Rusiya XİN həmçinin vurğulayıb ki, Vaşinqton son iki ildə altı dəfə atəşkəs tələb edən qətnamələri veto etməsəydi, Qəzza anklavında müharibə və mülki əhalinin əziyyətləri çoxdan dayandırıla bilərdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ