Gündəmdə olacaq səs yazısı iddianamədə yer aldı! Diqqət çəkən İmamoğlu detalı


İstanbul Prokurorluğunun Beylikdüzü Bələdiyyəsi ilə bağlı istintaqında yeni iddialar ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun “İmamoğlu qazanc məqsədi daşıyan cinayət təşkilatı” ilə bağlı apardığı istintaq çərçivəsində hazırlanan iddianamədə Beylikdüzü Bələdiyyəsinin sabiq başçısı Mehmet Murat Çalığa aid rəqəmsal materiallarda aşkar edilən səs yazılarının tender və rüşvət mexanizmləri ilə əlaqəli ola biləcəyi qeyd olunur.

İddianamədə 105-i saxlanılan, 5-i “şikayətçi şübhəli” olmaqla ümumilikdə 407 nəfərin adları yer alır. Sənəddə birbaşa İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun tabeliyində fəaliyyət göstərdiyi iddia edilən təşkilat haqqında da məlumatlar qeyd edilib.

Araşdırma nəticəsində əldə edildiyi iddia olunan səs yazılarından birində “Ay Ekrem İmamoğlu, bu 100 milyon–150 milyonu toplamaq üçün Serdal və Murata tapşırıb” ifadəsinin yer aldığı bildirilir.

Mehmet Murat Çalık haqqında irəli sürülən iddialarda onun təşkilatın ilk dövrlərindən etibarən ona bağlı şəkildə fəaliyyət göstərdiyi, bələdiyyə daxilində rüşvət yığıncaqları təşkil etdiyi və rüşvət alınmasında vasitəçilik etdiyi vurğulanır. Prokurorluq Çalığın birbaşa təşkilat rəhbərinin göstərişləri ilə hərəkət etdiyini və struktur iyerarxiyasına daxil edildiyini qeyd edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ