ABŞ prezidenti Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı qəbul edib.
Turkustan.az xəbər verir ki, Trampın şərəfinə verilən şam yeməyinə Tesla və SpaceX-in baş direktoru İlon Mask da qatılıb.
Trampın Salmanın şərəfinə verdiyi şam yeməyində portuqaliyalı futbol ulduzu Cristiano Ronaldo və Nvidia şirkətinin rəhbəri Jensen Huang da iştirak edib, lakin ən çox diqqət çəkən Mask olub.
Bu, Maskın bu ilin əvvəlində Trampla arasında qızğın mübahisədən sonra ikinci ictimaiyyət qarşısında çıxışı idi. Maskın şam yeməyinə gəlməsi onun ABŞ prezidenti ilə təlatümlü münasibətində barışıq əlaməti kimi şərh edilib.
Aytən Yaşar/ Turkustan.az