Azərbaycandan qayıtdıqdan sonra öyrəndim ki… – Şahbaz Şərif əsəbiləşdi


Pakistan Baş naziri Şahbaz Şərif toxunulmazlığı ilə bağlı qanun layihəsinin ləğvini tələb edib.

Turkustan.az xəbər verir ki, bu barədə Pakistan Baş naziri X hesabında yazıb.

“Azərbaycandan qayıtdıqdan sonra öyrəndim ki, bəzi senatorlar Baş nazirin toxunulmazlığı ilə bağlı düzəliş təqdim ediblər. Layihənin dərhal geri götürülməsini tapşırdım. Prinsipcə Baş nazir həm məhkəmə, həm də xalq qarşısında tam məsuliyyət daşımalıdır”, – Ş.Şərif qeyd edib.

O vurğulayıb ki, partiyasından olan deputatların niyyətini vicdanla qəbul edib.

Xatırladaq ki, Şahbaz Şərif ötən gün Bakıda keçirilmiş hərbi paradda iştirak edib. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ