Azərbaycanlıların niyə ürəyi partlayır? – VİDEO


Azərbaycan ürək-damar xəstəliklərinə görə dünyada ön sıralarda yer alır. Ürək tutmaları, ani ölümlər və ölüm yaşının getdikcə azalması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu verilişdə biz sosioloq Tərlan Tağıyeva və invaziv kardioloq Gülanə Ağayeva ilə birlikdə bu təhlükəli tendensiyanın səbəblərini araşdırdıq. Müzakirədə sosial faktorlar, psixoloji gərginlik, stress, mental dəyərlərin dəyişməsi və qeyri-sağlam qidalanmanın insan orqanizminə təsiri kimi mövzulara toxunduq.

Sosioloqun baxışına görə, müasir insanın daimi yarış içində yaşaması, sosial təzyiqlər və emosional tükənmə halları ürək sağlamlığına ciddi zərbə vurur. Kardioloq Gülanə Ağayeva isə qeyd edir ki, düzgün qidalanma və vaxtında müayinələr həyatın uzanmasında ən vacib amillərdəndir. Bu mövzuda həyəcan təbili çalınır. Gənclər arasında belə ürək tutmalarının və ani ölümlərin artması hər birimizi düşündürməlidir.

Verilişdə bu suallara cavab axtardıq:

• Niyə ölüm yaşı azalır?

• Stress və sosial təzyiqlər ürək sağlamlığını necə zədələyir?

• Sağlam qalmaq üçün nələr etməliyik?

Aparıcı – Şəbnəm Turan

Efir rejissoru – Hüseyn Gülməmmədov

/bakupost.az/


MANŞET XƏBƏRLƏRİ