Çoxunun ölümünə səbəb olan xəstəlik – İki qidadan uzaq durun


“Ürək sağlamlığı üçün duz və şəkər istehlakına nəzarət etmək lazımdır”.

Turkustan.az xəbər verir ki, bunu kardioloq Anastasiya Malay deyib.

O bildirib ki, sağlam həyat tərzi və balanslaşdırılmış pəhriz ürək-damar xəstəliklərinin qarşısını alır:

“Həddindən artıq duz ürəyin sağlamlığı üçün təhlükəlidir. O, bədəndə artıq mayenin tutulmasına, yüksək qan təzyiqinə və şişkinliyə səbəb olur. Yadda saxlamaq lazımdır ki, istehlak etdiyimiz duzun təxminən 80 faizi işlənmiş qidalardan qaynaqlanır: çörək, kolbasa, souslar, konservlər, hazır yeməklər və sair.

Şəkər də ürək və damar sağlamlığı üçün heç də az təhlükəli deyil. Təkcə desertlərdə yox, süd kokteylləri, taxıllar və meyvə yoqurtlarında da şəkər var. Həddindən artıq şəkər istehlakı maddələr mübadiləsini pozur, piylənməyə səbəb olur, ürək əzələsini zəiflədir”.

Həkim əlavə edib ki, trans yağlar ürək sağlamlığına zərərlidir:

“Bunlar marqarin, “fast food”, qənnadı məmulatları və müxtəlif qəlyanaltılarda olur”.

Qeyd edək ki, son zamanlar Azərbaycanda ürək xəstəliklərindən ölüm halları artır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ