Rusiya prezidenti Vladimir Putin Çinlə ticarət əməkdaşlığını inkişaf etdirməyə davam edəcəklərini ifadə edib.
Turkustan.az xəbər verir ki, Putin Kreml sarayında Çinin Baş naziri Li Tsyanı qəbul edib.
Çinin bir müddət əvvəl Rusiya vətəndaşları üçün viza rejimini ləğv etdiyini xatırladan Putin, "Bu qərar xalqlarımız arasında təmasların güclənməsinə töhfə verəcək. Yaxın gələcəkdə Rusiyaya səfər edən Çin vətəndaşları üçün də eyni şeyi edəcəyik" dedi.
Rusiya ilə Çin arasındakı ticarət həcminin keçən il rekord həddə çatdığına diqqət çəkən Putin, "Bu əməkdaşlığı təsdiq edilmiş uzunmüddətli planlara uyğun olaraq inkişaf etdirməyə davam edəcəyik. Ticarət və iqtisadi əməkdaşlığımızı mənfi xarici təsirlərdən etibarlı şəkildə qorumaq vacibdir" dedi.
Aytən Yaşar/ Turkustan.az