“Rusiya və ABŞ-ın Ukrayna ilə bağlı planı genişmiqyaslı konsepsiyadır”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
O bildirib ki, sözügedən məsələ Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada əldə olunan anlaşmalara əsaslanır.
“Bu əslində daha böyük konsepsiyadır və mahiyyəti belədir: “Biz əslində təkcə Ukraynada deyil, Avropada uzunmüddətli təhlükəsizliyi necə təmin edirik?” Məqsəd Putin və Tramp arasında növbəti görüşə qədər bu ruhda yazılı sənəd hazırlamaqdır”, – Dmitriyev izah edib.
Tərəflərin Ukraynada müharibəni bitirmək üçün gizli danışıqlar apardıqları və böyük plan üzərində işlədikləri bildirilir.
Bundan əvvəl ABŞ-ın Rusiya ilə məsləhətləşərək Ukraynada nizamlanma planı hazırladığı bəlli açıqlanıb. Sənəd 28 bənddən ibarətdir və onun hazırlanmasında əsas rolu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff oynayır.
Həmin 28 bənd dörd kateqoriyaya bölünür:
1. Ukraynada sülh;
2. Təhlükəsizlik zəmanətləri;
3. Avropada təhlükəsizlik;
4. ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri.
|Globalinfo.az