“Ölkə ərazisində qrip və soyuqdəymə hallarının artdığı müşahidə olunur. Bu həm fəsil dəyişməsi, həm də virus infeksiyalarının aktivləşməsi ilə bağlıdır”.
Turkustan.az xəbər verir ki, bunu həkim-infeksionist Aytən Ziyadova bildirib.
"Profilaktik tədbirlər çox vacibdir. İlk növbədə, insanlar qapalı, havasız yerlərdə uzun müddət qalmaqdan çəkinməlidirlər. Əllərin tez-tez yuyulması, gigiyena qaydalarına əməl edilməsi vacibdir. Kütləvi toplaşmalardan mümkün qədər uzaq durmaq, öskürən və asqıran şəxslərlə yaxın təmasdan çəkinmək lazımdır", - deyə o əlavə edib..
A. Ziyadova qeyd edib: "İmmuniteti gücləndirən sağlam qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik mühüm rol oynayır. Xüsusən, risk qruplarına aid şəxslərə mövsümi qrip peyvəndi tövsiyə olunur.
Qrip və digər respirator virusların dövriyyəsi artır. Bu iki amil birləşərək xəstəliklərin yayılmasına səbəb olur,ən çox risk altında uşaqlar, hamilə qadınlar, xroniki xəstəliyi olan şəxslər və yaşlı insanlar qalır. Onlarda xəstəlik daha ağır keçə və fəsadlar verə bilər”. /yenisabah.az/