ABŞ Prezidenti Donald Tramp 3 noyabrda keçiriləcək ara seçkilərdə saxtakarlıq barədə məlumat verən şəxslərə 1 milyon dollar mükafat vəd edib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
O bildirib ki, əvvəlki seçkilərdə və ya qarşıdan gələn 2026-cı il ara seçkilərində seçki saxtakarlığı barədə məlumat verən hər kəs məsul şəxslərin həbs olunması və məhkum edilməsi şərtilə 1 milyon dollar mükafat alacaq.
Qeyd edək ki, Tramp daha əvvəl demokrat Co Baydenə uduzduğu prezident seçkilərində səslərin oğurlandığını iddia etmişdi. Həmin iddialar uzun müddət ABŞ-da siyasi müzakirələrin əsas mövzularından biri olub.
Aytən Yaşar/Turkustan.az