ABŞ-da keçmiş FTB direktoruna qarşı ittiham: Məxfi məlumatları sızdırıb?


ABŞ Federal Təhqiqat Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komi 2016-cı ildə məxfi milli təhlükəsizlik məlumatlarını mətbuata sızdırmaqda ittiham olunur.

Turkustan.az xəbər verir ki, ABŞ mətbuatının məlumatına görə, Ədliyyə Nazirliyinin federal prokurorları Komiyə qarşı iki ayrı ittiham irəli sürüblər. İttihamlar 2016-cı ilin oktyabrında, onun FTB direktoru vəzifəsində çalışdığı dövrdə “The New York Times” qəzetinə məxfi məlumatların ötürülməsi ilə bağlıdır.

Məhkəməyə təqdim edilən sənədlərdə iddia olunur ki, Komi əməkdaşlarına ABŞ-ın elektron poçt nəzarəti fəaliyyəti ilə bağlı qəzetin müxbiri ilə görüşlər təşkil etməyi tapşırıb və bununla da məxfi məlumatların qanunsuz ötürülməsinə şərait yaradıb.

Komi sosial media hesabında paylaşdığı videoda ona qarşı irəli sürülən ittihamları rədd edib. O, Ədliyyə Nazirliyinin prokurorlarını səlahiyyətlərindən “sui-istifadə etməkdə” günahlandırıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ