Trampdan Braziliya seçkilərinə reaksiya: "Saxtadır!"


ABŞ prezidenti Donald Tramp Braziliyada keçirilən son prezident seçkilərində tərəf tutmadığını desə də, səsvermənin dünya miqyasında “çox pis təəssürat yaratdığını” iddia edib.

Turkustan.az xəbər verir ki, Tramp Missisipi ştatında Respublikaçılar Partiyasının seçki tədbirində iştirak etmək üçün Vaşinqtondan yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verib.

Braziliyada Luiz İnasio Lula da Silvanın prezident seçildiyi səsvermə ilə bağlı fikirləri soruşulan Tramp seçkiləri tənqid edib: “Aydındır ki, bu, başqa bir saxta seçki kimi görünürdü. Mən tərəf tutmuram, amma bu, dünya miqyasında çox pis təəssürat yaratdı”.

ABŞ prezidenti seçkilərin mübahisəsiz keçirilməli olduğunu vurğulayaraq, vəziyyətin onun fikrincə, son dərəcə pis göründüyünü bildirib.

Tramp, eyni zamanda, seçkilərin qalibi Lula da Silva ilə heç bir probleminin olmadığını qeyd edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ