ABŞ-da ara seçkilər: Respublikaçılar Konqresə nəzarəti itirə bilər


ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq konqres seçkiləri yaxınlaşdıqca, sorğular Respublikaçılar Partiyasının həm Nümayəndələr Palatasına, həm də Senata nəzarəti itirə biləcəyini göstərir.

Turkustan.az xəbər verir ki, hazırda Ağ Evə, Nümayəndələr Palatasına və Senata nəzarət edən respublikaçıların mövqeləri zəifləyir. Ölkə üzrə keçirilən sorğular demokratların hər iki palatada irəlidə olduğunu göstərir.

Noyabrın 3-də Nümayəndələr Palatasının 435 yerinin hamısı, eləcə də Senatın 100 yerindən 35-i uğrunda mübarizə aparılacaq.

Bununla belə, seçkilərin yekun nəticəsini əsasən rəqabətin daha kəskin olduğu seçki dairələrindəki səsvermənin müəyyən edəcəyi gözlənilir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ