Azərbaycanda 11 mindən çox uşaq nikahdan kənar doğulub


Azərbaycanda 2025-ci ildə doğulan 11 626 uşağın anası rəsmi qeydiyyata alınmış nikahda olmayıb.

Turkustan.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ölkədə il ərzində diri doğulan 95 875 uşağın təxminən 12,1 faizini təşkil edib.

Həmin uşaqlardan 8 832-nin doğumu hər iki valideynin, 2 794-nün doğumu isə yalnız ananın ərizəsi əsasında qeydə alınıb.


MANŞET XƏBƏRLƏRİ