Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə MHP sədri Dövlət Baxçalı arasında mühüm görüş başlayıb.
Turkustan.az xəbər verir ki, dövlət başçısı ilə MHP lideri Ankaradakı Prezident Külliyəsində bir araya gəliblər.
Prezident Külliyəsində mətbuata qapalı keçirilən zirvə görüşündə daxili və xarici siyasətdəki son proseslərin, o cümlədən "Terrorsuz Türkiyə" və "Terrorsuz Region" konsepsiyasının müzakirəsi gözlənilir.
Bununla yanaşı, tərəflərin Türkiyənin Şərqi Aralıq dənizindəki strateji nailiyyətlərini və Cümhur İttifaqının gündəmində duran digər kritik məsələləri də nəzərdən keçirəcəyi bildirilir./Musavat.com
