Emin Əmrullayev məzunların köynəyinə xatirə sözlərini yazdı - VİDEO


Elm və təhsil naziri Emin Əmrullayev Gəncədə "Son zəng" mərasiminə qatılıb.

Turkustan.az xəbər verir ki, nazir Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində məzunları təbrik edib:

"Bu gün artıq məktəbi bitirirsiniz, sizin üçün "Son zəng" çalınacaq. Bu ifadədə "son" sözü olsa da, əslində, keçirilən tədbir sizin üçün yeni həyatın başlanğıcı deməkdir, yeni mərhələyə qədəm qoyursunuz. Sizə yaxşı bir həyat yolu seçməyi, təhsil alaraq Vətənə layiqli vətəndaş olmağınızı arzulayıram".

Emin Əmrullayev daha sonra məzunların köynəyinə xatirə sözlərini yazıb, onlarla rəqs edib, yallı gedib. /Bakıvaxtı.az


MANŞET XƏBƏRLƏRİ