Rusiya Prezidenti Vladimir Putin ölkə Silahlı Qüvvələrinin ştat sayının 1,51 milyonu hərbi qulluqçu olmaqla, ümumilikdə 2 399 130 nəfər müəyyən edilməsi barədə yeni fərman imzalayıb.
Turkustan.az xəbər verir ki, fərmanın mətnində qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin say tərkibi haqqında 4 mart 2026-cı il tarixli köhnə fərman qüvvədən düşmüş hesab edilir.
Sözügedən əvvəlki sənədlə qoşunların ştat sayı 2 391 770 nəfər olaraq təyin edilmişdi ki, bu da yeni qərarla ordunun heyətinin təxminən 7,3 min nəfər artırılması deməkdir.
Digər tərəfdən, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev aprelin sonunda verdiyi açıqlamada ilin əvvəlindən bəri 127 min nəfərin Rusiya ordusu ilə müqavilə bağladığını bəyan etmişdi./Musavat.com