Qərb müttəfiqlərinin qiymətləndirməsinə görə, İran ABŞ ilə əldə olunmuş səkkiz həftəlik atəşkəs dövründə silah ehtiyatlarının bir hissəsini yeniləyib və raket arsenalının əhəmiyyətli hissəsini bərpa edib.
Turkustan.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Kəşfiyyat məlumatlarına əsasən, Tehran hazırda müharibədən əvvəlki sursat ehtiyatlarının təxminən dörddə üçünə malikdir və bu ehtiyatları daha da artırmaq imkanını qoruyur. Qiymətləndirmələrdən birinə görə, arsenalın tərkibinə son bir il ərzində istehsal olunmuş, növü açıqlanmayan Rusiya raketləri də daxildir.
Məlumata görə, bu potensial İranın regionda hərbi əməliyyatların yenidən başlaması halında genişmiqyaslı cavab zərbələri endirməsinə imkan yarada bilər.
Mart ayında aparılmış kəşfiyyat qiymətləndirmələrinə əsasən, İranın müharibədən əvvəlki raket ehtiyatlarının təxminən 60 faizi ABŞ və İsrailin uzaqmənzilli zərbə imkanlarını məhdudlaşdırmağa yönəlmiş hava əməliyyatları zamanı istifadə olunmuşdu.
Atəşkəsin qüvvədə olduğu 28 fevral – 8 aprel tarixləri arasında İran regionda 1850-dən çox raket, eləcə də bunun ən azı iki qatı sayda "Şahid" tipli pilotsuz uçuş aparatı buraxıb.
Aytən Yaşar/ Turkustan.az