Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı


Məşhur riyaziyyatçı Mixail Verbitski "Zvartnots" hava limanında saxlanılıb.

Turkustan.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb. Nəşr Ermənistan polisinə istinad edib.

Qeyd edək ki, bundan öncə Rusiya Daxili İşlər Nazirliyi onu beynəlxalq axtarışa vermişdi.
Verbitskinin saxlanılması barədə ilk məlumatı isə Rusiyada xarici agent elan edilən jurnalist Oleq Kaşin yaymışdı. O, Ermənistan polisinin bunu Rusiya Federasiyasının tələbi ilə etdiyini deyib.

Verbitski terrorizmə açıq çağırışlar etməkdə ittiham olunur və ona qarşı cinayət işi açılıb. Riyaziyyatçının adı "Rosfinmonitorinq"in ekstremistlər və terrorçular siyahısına əlavə edilib.

Xatırladaq ki, Verbitski Moskvada Nəzəri və Eksperimental Fizika İnstitutunda çalışıb. O, Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Riyaziyyat kafedrasında, eləcə də Qlazqo Universitetində və Brüsseldəki universitetdə dərs deyib. Elm adamı həm də məşhur bloqçu idi. Verbitski 2015-ci ildən bəri Rio-de-Janeyroda yaşayır və Milli Riyaziyyat İnstitutunda professor vəzifəsində çalışır./publika.az


MANŞET XƏBƏRLƏRİ