ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ABŞ və İran arasında gözlənilən anlaşma memorandumu ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Vens qeyd edib ki, sadəcə müqavilənin imzalanması və ya görüşlərdə iştirak müqabilində İrana heç bir vəsait ayrılmayacaq.
"Əgər İran öz öhdəliklərini yerinə yetirərsə, bunun iqtisadi faydaları həm İranda, həm də bütövlükdə regionda hiss olunacaq. Prezident bu və ya digər şəkildə bizim üçün əlverişli nəticə əldə edəcək", – deyə o vurğulayıb.
ABŞ-ın vitse-prezidenti sosial media hesabında paylaşdığı açıqlamada ABŞ–İran danışıqları ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, tərəflər arasında imzalanması gözlənilən potensial anlaşma memorandumu barədə məlumatların bir hissəsini tənqid edərək qeyd edib:
"İranın nüvə silahı proqramına son qoyacaq və Hörmüz boğazının yenidən açılmasını təmin edəcək mümkün razılaşma ilə bağlı çoxlu dezinformasiya yayılır."
Vens əlavə edib ki, danışıqlar prosesi ətrafında səsləndirilən bəzi iddialar həqiqəti əks etdirmir.
Aytən Yaşar/ Turkustan.az